“Bir kəmər, bir yol” layihəsi Türkiyəsiz həyata keçirilə bilməz - Ərdoğan

“Bir kəmər, bir yol” layihəsi Türkiyəsiz həyata keçirilə bilməz - Ərdoğan Dünya

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Çinin “Bir kəmər, bir yol” layihəsinin bir hissəsi olması lazım olduğunu açıqlayıb.

News24.az xəbər verir ki, bu barədə Ərdoğan G20 sammitinin keçirildiyi Hindistandan qayıdarkən jurnalistlərə bildirib.

“Çin bu təşəbbüsün həyata keçirilməsində böyük irəliləyiş əldə edib və irəliləməkdə davam edir. Amma biz bu istiqamətdə də işləyirik. Məqsəd Mərmərə (Boğazın altındakı tunelə) çatmaqdır. Bu nəqliyyat dəhlizi Türkiyəsiz mövcud ola bilməz. Türkiyə mühüm istehsal və ticarət bazasıdır. Şərqdən Qərbə ən əlverişli yol Türkiyədən keçməlidir”, - deyə Ərdoğan qeyd edib.

Akqabay