Ukraynanın yeni müdafiə naziri o ola bilər

Ukraynanın yeni müdafiə naziri o ola bilər Dünya

Ukraynanın müdafiə naziri postuna Mixail Fyodorov təyin ediləcək.

News24.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski açıqlama verib.

Rəqəmsal transformasiya naziri Mixail Fyodorov Zelenski komandasının əsas fiqurlarından biri hesab olunur. Məhz onun təşəbbüsü ilə “Diya” platforması yaradılıb və ölkədə yüksək texnologiyaların tətbiqi prosesi onun nəzarəti altında həyata keçirilib.

Fyodorov Ukrayna hökumətinin ən gənc üzvüdür. Onun 34 yaşı var.