"Biz buradayıq" - "Qan verib kömək edəcəyəm"

"Biz buradayıq" - "Qan verib kömək edəcəyəm" Dünya

Məşhur komik və şoumen Maksim Qalkin İsraili tərk etməsi ilə bağlı yayılan xəbərləri təkzib edib.

News24.az xəbər verir ki, o, İnstaqram hesabında ölkəni tərk etməsi ilə bağlı yayılan xəbərləri təkzib edib.

O, İsrail xalqına lazım olan bütün dəstəyi verməyə hazır olduğunu açıqlayıb:

“Əgər mən İsrail ordusunda xidmət etsəydim, İsraili müdafiə etməyə gedərdim. Amma mən hər an onun müdafiəsinə hazıram. Mən anam tərəfindən yəhudiyəm, bu mənim bir parçamdır və bir dəqiqə belə burada olmağımıza peşman deyilik. Bu gün, İsrail üçün bu çətin və kədərli günlərdə biz buradayıq və harasa getmək imkanını düşünməmişik. Qan verib kömək edəcəyəm", - deyə o bildirib. 

Aynurə


"Biz buradayıq" - "Qan verib kömək edəcəyəm"