BMT-nin gündəmi - Ukrayna
Dünya
BMT TŞ-də Rusiyanın Ukraynaya hücumlarının ikinci ildönümü münasibətilə sessiya keçirilib.
News24.az xəbər verir ki, Fransanın xarici işlər naziri Stefan Sejourne Ukraynada müharibənin yalnız Rusiyanın istədiyini və bunun üçün məsuliyyətin Rusiya olduğunu bildirərək, əlavə edib:
“Rusiya istəsə müharibəni elə indi də bitirə bilər, lakin müharibəni geri çəkməməklə bunu etməməyi üstün tutur".
Rusiyanın başlatdığı müharibənin bir çox insana təsir etdiyini qeyd edən Sejourne, ərzaq və enerji böhranının xüsusilə ən çətin vəziyyətdə olan ölkələrə təsir etdiyini bildirib.
"Bu müharibə qeyri-qanunidir və BMT Nizamnaməsini pozur", - Sejourne vurğulayıb.
Dinc əhalinin öldürülməsini, təcavüz və işgəncələri ən sərt şəkildə qınadığını ifadə edən Sejourne, "Bu cinayətlər cəzasız qalmamalıdır" deyib.
Günel Məlikzadə