Böyük Vətən Müharibəsi veteranı - Qələbə günündə öldü

Böyük Vətən Müharibəsi veteranı - Qələbə günündə öldü Dünya

Böyük Vətən Müharibəsi veteranı Natalya Dmitriyeva Qələbə Günündə Moskva vilayətinin Çexov şəhər rayonunun Molodi kəndində 102 yaşında vəfat edib.

News24.az Lent.az-a istinadla bildirir ki, müharibə zamanı Dmitriyeva cəbhə işçisi olub.

O, uzun müddət Ryazan vilayətinin kəndlərindən birində məktəbdə ibtidai sinif müəllimi kimi işləyib. 1968-ci ildə Moskva vilayətinə köçüb və təqaüdə çıxana qədər burada uşaq bağçasında müəllim işləyib. Cümə axşamı günortadan sonra Natalya qəfil ölüb.