Bricit Bardo dəfn edildi – Fotolar
Dünya
Fransız kino ulduzu Bricit Bardo ilə vida mərasimi Sen-Tropedə keçirilib.
News24.az xəbər verir ki, mərasim Sen-Tropedə yerləşən qəbiristanlığında dəfn olunub.
Mərasimdə tanınmış fransalı müğənni Mirey Matyo, eləcə də siyasətçi Marin Le Pen iştirak edib.
Xatırladaq ki, Bricit Bardo 28 dekabr tarixində 91 yaşında vəfat edib. Aktrisanın ölümünə onkoloji xəstəlik səbəb olub. O, ömrünün son günlərini həyat yoldaşı ilə birlikdə Sen-Tropedəki evində keçirib.
Aktrisanın ailəsi milli səviyyədə rəsmi vida mərasiminin keçirilməsindən imtina edib. Qeyd olunub ki, Fransa Prezidenti Emmanuel Makron şəxsən rəsmi dövlət mərasimi təşkil etməyi təklif etsə də, ailə bu təklifi qəbul etməyib.
Bricit Bardonun həyat yoldaşı bildirib ki, aktrisa buna qarşı çıxardı və Fransanın onun xatirəsinə rəsmi mərasim təşkil etmək əvəzinə heyvan hüquqlarının qorunması üzrə dövlət katibi vəzifəsi təsis etməsini üstün tutardı. Qeyd edilib ki, Bardo həyatının böyük hissəsini məhz bu sahəyə həsr edib.