Britaniya Rusiyaya görə Türkiyəni "cəzalandırdı"

Britaniya Rusiyaya görə Türkiyəni "cəzalandırdı" Dünya

İki türk şirkəti Rusiyaya mal ixrac etdiyi üçün Böyük Britaniyanın sanksiya siyahısına salınıb.

News24.az xəbər verir ki, bu barədə Türkiyənin “Aydınlık” qəzeti yazır.

Söhbət “Turkik Union” və “Azu International” şirkətlərindən gedir. Sanksiya artıq onlardan birinin bank maliyyə əməliyyatlarına dərhal təsir edib. Nəşr yazır ki, buna səbəb türk banklarının ona xidmət göstərməkdən imtina etməsi ilə bağlıdır.

“Türkiyə Rusiyaya qarşı sanksiyaların tərəfi olmasa da, getdikcə Qərbin təzyiqi ilə üzləşir. Bizim iki şirkətimiz Böyük Britaniyanın sanksiya siyahısına salınıb. Onlarla müstəmləkə kimi rəftar olunur”, - qəzet yazır.

Qərb sanksiyaları şirkətlərə təzyiq edərək Rusiya ilə ticarəti dayandırmağa çalışır. Qəzet yazır ki, hətta müdafiə sənayesinə birbaşa aidiyyatı olmayan məhsullar da bir gün sanksiya altına düşə bilər və Türkiyə rəsmiləri bu məsələyə konkretlik gətirmirlər.

Akqabay