Əbu-Dabidə danışıqlardan sonra Ukrayna, Rusiya və ABŞ nümayəndə heyətləri birgə nahar etdilər

Əbu-Dabidə danışıqlardan sonra Ukrayna, Rusiya və ABŞ nümayəndə heyətləri birgə nahar etdilər Dünya

Əbu-Dabidə keçirilən danışıqların ikinci gününün yekunundan sonra Ukrayna, Rusiya və ABŞ nümayəndə heyətləri birgə nahar edib.

News24.az xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.

Nəşrin amerikalı rəsmi şəxsə istinadən yazdığına görə, danışıqların gedişində müəyyən bir anda atmosfer demək olar ki, dostyana xarakter alıb və bu da ümidverici təəssürat yaradıb. (APA)