Bu ölkə Afrika tozunun təsiri altına düşdü

Bu ölkə Afrika tozunun təsiri altına düşdü Dünya

Yunanıstanın paytaxtı Afina Afrika mənşəli toz buludlarının təsiri altına düşüb.

News24.az xəbər verir ki, güclü cənub küləyi – lodosun təsiri ilə Şimali Afrikadan daşınan toz şəhər səmasını sarı rəngə boyayıb, görmə məsafəsini xeyli azaldıb.

Mütəxəssislərin məlumatına görə, atmosferdə toz konsentrasiyasının artması xüsusilə xroniki tənəffüs yolu xəstəliklərindən əziyyət çəkən insanlar üçün risk yaradır. Bir çox sakin nəfəs almaqda çətinlik çəkdiyini bildirib, səhiyyə qurumları isə yaşlılara, uşaqlara və astma xəstələrinə zəruri olmadıqca açıq havaya çıxmamağı tövsiyə edib.

Afrika tozunun Yunanıstanın cənub bölgələrində daha intensiv hiss olunduğu bildirilir. Xüsusilə Peloponnes yarımadası, Kiklad adaları və Euboea adası ilə yanaşı, Afina şəhərində də hava keyfiyyətində ciddi pisləşmə qeydə alınıb.

Meteoroloqlar yaxın günlərdə küləyin istiqamətinin dəyişəcəyi təqdirdə tozun təsirinin azalacağını proqnozlaşdırırlar. Hazırda isə sakinlərə qoruyucu maskalardan istifadə etmək və açıq havada uzun müddət qalmamaq tövsiyə olunur.