Bu ölkədə 5,7 maqnitudalı zəlzələ oldu

Bu ölkədə 5,7 maqnitudalı zəlzələ oldu Dünya

Samoanın Savayi adasının cənub-qərb sahillərində 5,7 bal maqnitudalı zəlzələ qeydə alınıb.

News24.az xəbər verir ki, bu barədə Avstraliyanın Dövlət Geologiya Xidməti məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri adadan 85 kilometr cənub-qərbdə, 43 mindən çox insanın yaşadığı ərazidə, ocağı 72 kilometr dərinlikdə yerləşib.

İtki və ya dağıntı barədə məlumat verilmir, sunami təhlükəsi barədə elan olunmayıb.