Bu ölkədə kişilər "meymun çiçəyi"nə yoluxur - ƏSAS SƏBƏBİ İSƏ...

Bu ölkədə kişilər "meymun çiçəyi"nə yoluxur - ƏSAS SƏBƏBİ İSƏ... Dünya
Peruda "meymun çiçəyi" geniş yayılıb.

News24.az xəbər verir ki, bu barədə Milli Səhiyyə İnstitutunun rəhbəri Viktor Suarez məlumat verib. 

V.Suarez "Biz inkar edə bilmərik ki, əhalimiz arasında"meymun çiçəyi"nə yoluxma yüksək səviyyədədir. İndiyədək topladığımız məlumatlara əsasən, yoluxanların 100 faizi kişilərdir. Əsas yoluxma yolu cinsi əlaqə kimi görünür" deyə bildirib. 

Peru Səhiyyə Nazirliyinin son məlumatlarına görə, bir həftə əvvəl yoluxanların sayı 95 nəfər olsa da, hazırda bu rəqəm ölkədə 203-ə yüksəlib.