Bu ölkənin rəhbəri xərçəngə - TUTULDU - FOTO
Dünya
Böyük Britaniya kralı III Çarlzda onkoloji xəstəlik aşkarlanıb.
News24.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Nəşrin məlumatına görə, xəstəliyin hansı mərhələdə olması açıqlanmasa da, kralın müalicəsinə müsbət yanaşdığı və ən qısa müddətdə ictimai fəaliyyətə qayıdacağı bildirilib.
Yaxın gələcəkdə onun ictimai tədbirlərdə daha az görünəcəyi və monarxın müalicə kursu keçəcəyi dövrdə onu kral ailəsinin digər yüksək səviyyəli üzvlərinin əvəzləyəcəyi gözlənilir. Müalicə müddətində III Çarlz dövlət başçısı kimi konstitusion vəzifələrini yerinə yetirməkdə, sənədlərlə işləməkdə və təkbətək görüşlər keçirməkdə davam edəcək. Kral və baş nazir arasında görüşlər də həftəlik olaraq davam edəcək.