Bu şəhəri ildırım vurdu - Xeyli sayda xəsarət alan var

Bu şəhəri ildırım vurdu - Xeyli sayda xəsarət alan var Dünya


Çexiyanın şimal-qərbində yerləşən Liberets şəhərində ildırım vurması nəticəsində 10-dan çox insan xəsarət alıb.

News24.az "Unikal-a istinadən xəbər verir ki, yaralılar arasında uşaqlar da var.

Hadisə şəhərin parklarından birində ağaca ildırım düşməsi nəticəsində baş verib.

Yaralıların ümumi sayı 15 nəfərə çatıb.