"Bu, təkcə Fələstinə dəstək deyil, sübutlarım var" - ZAXAROVA
Dünya
“NATO-nun bir çox ölkəsində İsrail əleyhinə etirazlar keçirilir, amma Təl-Əviv bu ölkələrlə bağlı belə tövsiyələr verməsə də, öz vətəndaşlarına Şimali Qafqaza səyahətdən çəkinməyi tövsiyə etməsinin səbəbi Moskvanı təəccübləndirir”.
News24.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
“Açığı, biz bunu İsrail əhalisini çaşdıran bir növ anti-Rusiya hərəkəti kimi qiymətləndiririk. Mənim sübutlarım var, baxın, NATO ölkələrində anti-İsrail mitinqləri, etirazları keçilir, bu, təkcə Fələstinə dəstək deyil, açıq-aşkar anti-İsrail şüarları, plakatları, çıxışları yer alır, bunların hamısı olduqca aqressiv xarakterdədir, hədələyici bəyanatlar verilir, çox sayda insan iştirak edir. Amma mən rəsmi olaraq İsraildən öz vətəndaşlarına bu ölkələrə getməməyi tövsiyə etdiyini görməmişəm”, - o deyib.
Zaxarova qeyd edib ki,İsrailin Şimali Qafqazla bağlı xəbərdarlığı “qəbuledilməz”dir.
“Nəzərə alsaq ki, ölkəmizdə çoxlu yəhudi, İsrail vətəndaşlığı olan insanlar yaşayır, bunu qəbuledilməz hesab edirik. Niyə İsrail Xarici İşlər Nazirliyi və digər rəsmi qurumlar bu ölkələrə səfər edənlərə xəbərdarlıqlar etmir? Hesab edirəm ki, bu cür hərəkətlər və bəyanatlar sadəcə ölkəmizə qarşı yönəlib. Onların reallıqla heç bir əlaqəsi yoxdur”.
Ayşən