"Canımı fəda etməyə hazıram"

"Canımı fəda etməyə hazıram" Dünya

İran Prezidenti Məsud Pezeşkian ölkəsi uğrunda canını qurban verməyə hazır olduğunu bildirib.

News24.az xəbər verir ki, o bu barədə “X” sosial şəbəkə hesabında paylaşım edib.

Pezeşkian qeyd edib ki, indiyədək 14 milyondan artıq iranlı ölkənin müdafiəsi naminə həyatlarını fəda etməyə hazır olduqlarını bəyan ediblər. Mən də canımı İrana fəda etmişəm, edirəm və edəcəyəm”, - paylaşımda deyilir.