Çin ABŞ-a sərt - ETİRAZ ETDİ

Çin ABŞ-a sərt - ETİRAZ ETDİ Dünya
Çinin dövlət xəbər agentliyi olan "Sinxua" ABŞ-ın bu ölkədə fəaliyyət göstərən Çin jurnalistləri üçün viza müddətini 90 günədək azaltmasına sərt etirazını bildirib.

News24.az xarici KİV-lərə istinadən xəbər verir ki, agentlik ABŞ-ın çinli jurnalistlərə qarşı ayrı-seçkilik və səbəbsiz bir təzyiq göstərdiyini bildirib.

Agentlik ABŞ-dakı jurnalistlərinin bu ölkənin qanunlarına tabe olduqlarını, fəaliyyətlərinin isə obyektiv və tərəfsiz mövqeyə söykəndiklərini bəyan edib.