Çılpaq şəkildə maşınlara hücum etdi: Şok hadisə
Dünya
Mançesterin Buri şəhərində baş verən hadisə yolda gəzən sürücüləri şoka salıb.
News24.az xəbər verir ki, səhər saatlarında çılpaq bir kişi Rochdale Roadda avtomobillərin şüşələrini sındırmağa cəhd edib, park edilmiş mikroavtobusun qapısını açmağa çalışıb və yumruqlayıb.
Hadisə nəticəsində yolda hərəkət iflic olub. Polis dərhal müdaxilə edərək 25 yaşlı şübhəlini saxlayıb. O tibb müəssisəsinə yerləşdirilib.
Tikinti işçisi Marley Trippierin sözlərinə görə, kişi qəfil onların qarşısına çıxıb və təşviş yaradıb:
"O heç bir yerdən görünmürdü və biz məəttəl qaldıq. Maşınlara yaxınlaşır, pəncərələri döyürdü. Biz o qədər qorxduq ki, onun bizə hücum edəcəyindən ehtiyatlandıq".
Aqil Qarayev