Çindən Rusiyaya qadağa
Dünya
ABŞ-ın Rusiyanın iki iri enerji şirkətinə sanksiyalar tətbiq etməsindən sonra Çinin dövlətə məxsus enerji nəhəngləri - PetroChina, Sinopec, CNOOC və Zhenhua Oil - Rusiya neftini almağı dayandırıb.
News24.az xəbər verir ki, sözügedən şirkətlərin sanksiyalarla bağlı narahatlıqlarına görə ən azı qısa müddətdə Rusiya neftini almaqdan çəkinəcəklər.
Bu, Hindistan neft emalı zavodlarının Rusiyadan xam neft idxalını kəskin şəkildə azaltmağı planlaşdırdığına dair xəbərlərin ortaya çıxdığı vaxta təsadüf edir.
"Reuters"in məlumatına görə, iki ən böyük istehlakçının neftə tələbatının kəskin azalması Moskvanın gəlirlərinə mənfi təsir göstərəcək və aparıcı qlobal idxalçıları alternativ təchizat mənbələri axtarmağa məcbur edəcək. Bu da öz növbəsində neftin qiymətinin artmasına səbəb olacaq.
Aqil Qarayev