"Daha neçə mülki vətəndaş öldürüləcək?" - BMT-dən təcili ÇAĞIRIŞ

"Daha neçə mülki vətəndaş öldürüləcək?" - BMT-dən təcili ÇAĞIRIŞ Dünya

Qəzza məktəblərində mülki şəxslərin öldürülməsi və Əl-Şifa xəstəxanasının kütləvi şəkildə evakuasiyası beynəlxalq hüquq çərçivəsində mülki şəxslərə verilən əsas müdafiəyə zidd hərəkətlərdir”.

News24.az xəbər verir ki, bunu BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türk deyib.

"Beynəlxalq humanitar hüququn qaydalarına, o cümlədən hücumlarda seçicilik, mütənasiblik və ehtiyat tədbirləri prinsiplərinə ciddi əməl edilməlidir. Bu qaydalara əməl edilməməsi müharibə cinayəti sayıla bilər”, - deyə o bildirib.

Türk son iki gündə baş verənləri dəhşətli adlandıraraq, onlara inanmağın mümkün olmadığını deyib. 

"Uşaqların, qadınların və kişilərin üzündəki ağrı, dəhşət və qorxu dözülməzdir" dedi. İnsanların özünə gələnə qədər daha nə qədər zorakılıq, qan və əzab lazımdır? Daha neçə mülki vətəndaş öldürüləcək? Buna son qoyulmalıdır”.

Ayşən