Danimarkalı diplomat yenidən - Türkiyə XİN-ə çağırıldı
Dünya
Danimarkanın Türkiyədəki müvəqqəti işlər vəkili Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
News24.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə “Sabah” nəşri məlumat yayıb.
Diplomat Quranın təkrar təhqir olunması ilə bağlı son iki gündə ikinci dəfə Türkiyə XİN-ə çağırılıb.
Danimarkalı diplomata bir daha Türkiyə dövlətinin rəsmi mövqeyi xatırladılıb, Ankaranın bu cür hərəkətləri qətiyyətlə pislədiyi bəyan edilib.