Dəfinə axtaranlar evin içində 5 metr dərinlikdə quyu qazdılar

Dəfinə axtaranlar evin içində 5 metr dərinlikdə quyu qazdılar Dünya

İstanbulun Fatih rayonunda arxeoloji qoruq ərazisində qanunsuz qazıntı apararaq dəfinə axtaran 3 nəfər cinayət başında yaxalanıb.

News24.az xəbər verir ki, İstanbul Təhlükəsizlik İdarəsinin Qaçaqmalçılıqla Mübarizə Şöbəsinin əməkdaşları qanunsuz dəfinə ovçularına qarşı əməliyyat keçirib.

Polis əməkdaşları Fatih rayonunun Cərrahpaşa məhəlləsində yerləşən, 3-cü dərəcəli arxeoloji sahə elan edilmiş ikimərtəbəli taxta evin içərisində qazıntı işlərinin aparıldığını müəyyən ediblər. Keçirilən operativ əməliyyat nəticəsində 3 şübhəli şəxs gizli qazıntı apararkən saxlanılıb

Şübhəlilərin evin daxilində 5,5 metr dərinliyində quyu qazdıqları aşkarlanıb. Hadisə yerindən qazıntı işlərində istifadə olunan müxtəlif texniki avadanlıqlar və alətlər maddi sübut kimi götürülüb.

Saxlanılan şəxslər barəsində "Mədəni və təbii sərvətlərin mühafizəsi haqqında" qanunun tələblərini pozma maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam edir.