Dəhşətli partlayışda ölənlərin sayı artdı

Dəhşətli partlayışda ölənlərin sayı artdı Dünya

Monqolustanda 60 ton qaz daşıyan yük maşınının partlaması nəticəsində ölənlərin sayı 5-ə çatıb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu gün dünyasını dəyişən şəxs bədəninin 90-95 faizinin yanıq xəsarətləri ilə reanimasiyaya yerləşdirilib. 

Məlumata görə, xəsarət alanlardan 4 nəfərin vəziyyəti hələ də ağırdır.

Qeyd edək ki, hadisə yanvarın 24-nə keçən gecə Ulan-Batorda 60 ton maye qaz daşıyan yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində baş verib. Qazın partlaması nəticəsində yaranan yanğın yaşayış binalarına və yola ən yaxın park edilmiş avtomobillərə keçib. Zərbə dalğası üç xilasedicini 40 m uzağa atıb, onlar boğularaq yerindəcə ölüblər.

Teymur Məmmədov