Rusiyanın məşhur din xadimi rəqs edəkən yıxılıb - XƏSTƏXANALIQ OLDU

Rusiyanın məşhur din xadimi rəqs edəkən yıxılıb - XƏSTƏXANALIQ OLDU Dünya

Rusiyanın din xadimi Berel Lazar Maryina Roşça sinaqoqunda Simchat Tövratı qeyd olunan zaman rəqs edərkən yıxılıb, hazırda xəstəxanadadır. 

News24.az “TASS”-a istinadən xəbər verir ki, bu barədə Rusiya Yəhudi İcmaları Federasiyasının ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Borux Qorin teleqram kanalında məlumat verib.

"Ravin  Lazar indi xəstəxanadadır. Vəziyyəti stabildir. Həkimlər onun istirahətə ehtiyacı olduğunu deyirlər" deyə o qeyd edib.


Ülkər ABDURAHMANLI