Donald Tramp Cənubi Koreyanın ən yüksək ordeni ilə təltif edilib

Donald Tramp Cənubi Koreyanın ən yüksək ordeni ilə təltif edilib Dünya

Asiya turnesinin üçüncü mərhələsi çərçivəsində Cənubi Koreyaya səfər edən ABŞ prezidenti Donald Tramp ölkənin ən yüksək dövlət mükafatı olan "Böyük Mugunghwa ordeni" ilə təltif olunub.

News24.az xəbər verir ki, Tramp Yaponiyadakı diplomatik görüşlərini başa vurduqdan sonra Gimhae hava limanına enib. ABŞ liderini Cənubi Koreyanın xarici işlər naziri və Seuldakı səfir qarşılayıb.

Daha sonra Tramp Kyoncu şəhərinə yollanıb və Cənubi Koreya prezidenti Lee Jae Myung onu rəsmi mərasimlə qarşılayıb. Koreya Milli Muzeyində Tramp "Böyük Mugunghwa ordeni" və "Cheonmachong" qızıl tacının surəti ilə təltif olunub.

Mərasimdən sonra iki prezident ikitərəfli əlaqələrin inkişafına dair bağlı qapılar arxasında görüş keçiriblər. Aqil Qarayev