"Dünya təhlükə altındadır - MÜBARİZƏ APARILMASA..."
Dünya
“Təcili addım atmalı, yeni şər oxu – Çin, İran və Rusiya ilə məşğul olmalıyıq. Çünki bu, ABŞ üçün təhlükədir”.
News24.az xəbər verir ki, bunu amerikalı senator Mitç Makkonel deyib.
“Dünya heç vaxt olmadığı qədər təhlükə altındadır. Çin, Rusiya və İran ABŞ-ın mübarizə aparmalı olduğu yeni şər oxudur”, - o deyib.
Makkonel Rusiyanı PUA-larla təchiz etdiyi üçün İranı “terrorun əsas sponsoru” adlandırıb. Çini də təcavüzkarları dəstəkləməkdə ittiham edib. Senator xatırladıb ki, Çin lideri Si Cinpin Rusiyanı “əbədi dost” adlandırıb.
O vurğulayıb ki, Rusiya Ukraynada məğlub olmasa, növbəti hədəfi NATO ölkəsi olacaq.
Ayşən