Dünyanın ən böyük şirkəti işçiləri robotlarla əvəz edir

Dünyanın ən böyük şirkəti işçiləri robotlarla əvəz edir Dünya

"Amazon" yaxın illərdə ABŞ-də çalışan təxminən 600 min əməkdaşını robotlarla əvəz etməyi planlaşdırır.

News24.az xəbər verir ki, bu barədə "New York Times" qəzetində məlumat verilib. Bildirilib ki, şirkət bu prosesi daha “yumşaq” göstərmək üçün “robot” və “süni intellekt” sözləri əvəzinə “irəliləmiş texnologiya” və “cobot” (əməkdaş robot) terminlərindən istifadə edəcək.

Sənədlərə əsasən, "Amazon" anbarlarındakı işin 75 faizini robot sistemlərlə həyata krçirməyi hədəfləyir. Şirkət rəhbərliyi hesab edir ki, avtomatlaşdırma sayəsində eyni sayda insanla iki dəfə çox məhsul satmaq mümkün olacaq.

Artıq şirkətdə işdən çıxarılmalar başlayıb. İnsan resursları şöbəsində çalışan 10 min nəfərdən 1.500-ü vəzifədən azad edilib.

"Amazon" son illərdə süni intellekt və "bulud" texnologiyalarına milyardlarla dollar sərmayə qoyur. Şirkət yalnız AI əsaslı məlumat mərkəzləri və "bulud" infrastrukturu üçün 100 milyard dollar büdcə ayırıb.

Şirkətin CEO-su Endi Cessi bildirib ki, milyonlarla müştəri artıq süni intellektlə işləyən "köməkçilər"dən istifadə edir. Şirkətin “Alexa+” və “DeepFleet” kimi AI sistemləri gəlirləri xeyli artırıb.

Digər tərəfdən "Amazon Web Services" (AWS) platformasında baş verən son texniki nasazlıq dünya üzrə internetin böyük hissəsini iflic edib.

Xeyrənsə Piriyeva