Əfqanıstanda 5,9 maqnitudalı zəlzələ baş verib

Əfqanıstanda 5,9 maqnitudalı zəlzələ baş verib Dünya

Əfqanıstanda 5,9 maqnitudalı zəlzələ qeydə alınıb.


News24.az xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin seysmoloji eksperimental-metodiki ekspedisiyası məlumat yayıb.


Qeyd olunub ki, zəlzələnin episentri Almatıdan 835 km cənub-qərbdə Əfqanıstan ərazisində yerləşib.


Dağıntı və itki barədə hələlik məlumat yoxdur.