Əhalimiz yoxa çıxa bilər - Koreya prezidenti
Dünya
Cənubi Koreya prezidenti Yun Seok Yeol demoqrafik problemlərə görə milli fövqəladə vəziyyət elan edib.
News24.az Modern.az-a istinadən xəbər verir ki, bunu prezidentin özü açıqlayıb.
"Bu, əhalinin azalması ilə əlaqədardır ki, ölkə rəhbərliyi bu təhlükəni aradan qaldırmaq üçün kompleks tədbirləri gücləndirir", - o qeyd edib.
“Bu gün mən rəsmi olaraq milli demoqrafik fövqəladə vəziyyət elan edirəm", - prezident əlavə edib.
Agentliyin məlumatına görə, ölkə lideri pessimist proqnozlar fonunda bəyanatla çıxış edib ki, tendensiya dəyişməsə, respublika əhalisi sonda yoxa çıxa bilər.