Əmi toyda 15 aylıq qardaşı oğlunu oğurladı
Dünya
ABŞ-nin Texas ştatında 29 yaşlı Maykl Braun 15 aylıq qardaşı oğlunu valideynlərinin toy mərasimindən qaçırması ittihamı ilə həbs edilib.
News24.az xəbər verir ki, Braun körpəni ailənin icazəsi olmadan tədbirdən götürərək avtomobillə hadisə yerindən uzaqlaşıb. Valideynlər onunla əlaqə saxlaya bilmədikdən sonra polisə müraciət ediblər.
Hüquq-mühafizə orqanlarının keçirdiyi axtarış nəticəsində kişi və uşaq bir neçə saat sonra toy məkanından təxminən 29 kilometr aralıda tapılıb.
Körpənin xəsarət almadığı bildirilib və o, valideynlərinə təhvil verilib. Maykl Braun barəsində adam oğurluğu maddəsi ilə cinayət işi açılıb. Hadisə ilə bağlı araşdırma aparılır