Engin-Dilan Polat istintaqında - DAHA BİR HƏBS

Engin-Dilan Polat istintaqında - DAHA BİR HƏBS Dünya

Noyabrın əvvəlində polis tərəfindən saxlanılan türkiyəli sosial media fenomeni Dilan və Engin Polat cütlüyünə qarşı keçirilən əməliyyat çərçivəsində Engin Polatın qohumu və mühasibi Gökay Bekar həbs edilib. 

News24.az xəbər verir ki, bu barədə yerli "Cumhuriyet" qəzeti məlumat yayıb.

Beləliklə, istintaq çərçivəsində saxlanılanların sayı 16-ya çatıb, 10 şübhəli şəxs isə polis nəzarətində olmaq şərti ilə sərbəst buraxılıb.

Xatırladaq ki, dünən Polat ailəsinin mühasibatlıq və hüquq məsləhətçisi vəzifəsində çalışan Ahmet Günün ofisində çalışan mühasib Harun Abak həbs edilib.

Qumral