Ərdoğan açıqladı: "Azərbaycan bütün gücünü səfərbər etdi"

Ərdoğan açıqladı: "Azərbaycan bütün gücünü səfərbər etdi" Dünya

Gürcüstan və Azərbaycan faciənin ilk anlarından etibarən bütün imkanlarını səfərbər etdi.

News24.az xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səsləndirib.

O bildirib ki, Gürcüstan ərazisində C-130 tipli hərbi yük təyyarəsinin qəzaya uğraması zamanı Gürcüstan və Azərbaycan tərəfi hadisənin ilk anlarından etibarən bütün imkanlarını səfərbər edib.

“Qalıqların tapılması, axtarış-xilasetmə qruplarının hadisə bölgəsinə çatdırılması və ərazinin təhlükəsizliyinin təmin edilməsində gücləri səfərbər etdik”, – deyə Ərdoğan əlavə edib.