Ərdoğan İsrail prezidenti Hersoqla - telefonla danışıb

Ərdoğan İsrail prezidenti Hersoqla - telefonla danışıb Dünya

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail prezidenti İsaak Hersoqla telefonla danışıb. 

News24.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, prezident sağlam düşüncə ilə hərəkət etmənin və bölgədə ən qısa zamanda əmin-amanlığın bərqərar olmasının vacibliyini bildirib.

Ərdoğan zəngdə bölgədəki narahatlıq doğuran münaqişələrə son qoyulması və davamlı sülhün təmin edilməsi istiqamətində Türkiyənin səylərinin daha çox davam edəcəyini vurğulayıb.

Leyla SƏMƏNDƏR