Ərdoğan təcili kabineti toplayacaq: - "PUTİNLƏ GÖRÜŞDÜKDƏN SONRA.."
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putinlə Soçidə keçiriləcək danışıqların nəticələrini müzakirə etmək üçün sentyabrın 5-də hökumətin iclasını keçirəcək.
News24.az “TASS”a istinadla xəbər verir ki, bu barədə Türkiyə prezidentinin ofisindəki mənbə bildirib.
“Sentyabrın 5-də cənab prezidentin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçiriləcək. Cənab Putinlə danışıqların nəticələri müzakirə olunacaq”, - agentliyin mənbəsi deyib.
Xatırladaq ki, Prezident Ərdoğan bu gün Putinlə danışıqlar aparmaq üçün Soçiyə gedəcək. Danışıqların əsas mövzusunun taxıl müqaviləsi olacağı bildirilir.
Ayşən