Ərdoğandan sərt reaksiya: "Bunu dayandırın!"

Ərdoğandan sərt reaksiya: "Bunu dayandırın!" Dünya

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçdən Quranın yandırılmasını dayandırmağı tələb edir, əks halda Ankaranın Avropa ölkəsinin NATO-ya daxil olmasına razılıq verməsi gecikə bilər.

News24.az xəbər verir ki, bu barədə "Bıoomberg" məlumat yayıb.

“İsveç əvvəlcə Stokholm küçələrinə nəzarət etməlidir. Bizim üçün müqəddəs olana qarşı bu hücumlar davam edərsə, bizi günahlandırmasınlar”, - deyə Ərdoğan bildirib .

Agentliyin məlumatına görə, Ərdoğan qeyd edib ki, NATO məsələsi ilə bağlı parlament və ya komitələrdə müzakirələrin nə qədər davam edəcəyi məlum deyil.

Qeyd edək ki, İsveçin xarici işlər naziri Tobias Billström  Quranın yandırılması səbəbindən  İsveçin xaricdəki maraqlarına təhlükənin ciddi şəkildə artdığını bildirib.

Aydan