Ərdoğanın səhhəti ilə bağlı rəsmi - AÇIQLAMA

Ərdoğanın səhhəti ilə bağlı rəsmi - AÇIQLAMA Dünya


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səhhətinin pisləşməsi barədə yayılan iddialara aydınlıq gətirilib.

News24.az Teleqraf-a istinadla bildirir ki, ölkənin Dezinformasiya ilə Mübarizə Mərkəzi (DMM) dövlət başçısının səhhətində problemlər yaranması barədə məlumatları təkzib edib.

Bildirilib ki, R.T.Ərdoğanın səhhətində narahatlıq yoxdur.

"Bir "YouTube" kanalında prezidentimizin vəziyyəti ilə bağlı əsassız iddialar səsləndirilib. Sözügedən videoda istifadə edilən ifadələr təkcə əsassız iddialar deyil, həm də prezidentli hədəf alır və təhqirlər ehtiva edir", - mərkəzin açıqlamasında vurğulanıb.