Ərəb Liqası Şurası təcili toplanır - DETALLAR

Ərəb Liqası Şurası təcili toplanır - DETALLAR Dünya

Noyabrın 11-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Ərəb Dövlətləri Liqasının ən yüksək səviyyədə fövqəladə iclası keçiriləcək. 

News24.az TASS-a istinadla xəbər verir ki, bu barədə Ərəb Liqasının baş katibinin köməkçisi Hussam Zəki məlumat verib.

“Baş Katiblik noyabrın 11-də Ər-Riyadda Səudiyyə Ərəbistanının rəhbərliyi altında Ərəb Liqası Şurasının ən yüksək səviyyədə fövqəladə iclasının keçirilməsi ilə bağlı Fələstin və Səudiyyə Ərəbistanı Krallığından rəsmi müraciət alıb”, - Zəki açıqlamasında bildirib. 

Akqabay