Ermənistan İrandan zenti-raket kompleksləri alıb? - Foto
Dünya
İrəvanda keçirilən hərbi paradın məşqi zamanı İran istehsalı olan yaxınmənzilli “AD-08 Majid” zenit-raket kompleksləri müşahidə edilib.
News24.az xəbər verir ki, əgər bu məlumat təsdiqlənsə, Ermənistan həmin hava hücumundan müdafiə sisteminin ilk məlum xarici operatoru ola bilər.
İlkin məlumatlara görə, söhbət 2024-cü ilin iyulunda İran və Ermənistan arasında bağlandığı iddia olunan, təxminən 500 milyon dollar dəyərində mümkün gizli silah müqaviləsi çərçivəsində həyata keçirilən tədarüklərdən gedir. /Clash Report/