Ermənistan parlamenti qalmaqallı qanun dəyişikliyini qəbul etdi

Ermənistan parlamenti qalmaqallı qanun dəyişikliyini qəbul etdi Dünya

Ermənistan parlamenti ikinci və son oxunuşda “Şoqakat” kilsə telekanalının bağlanmasını nəzərdə tutan qanun dəyişikliklərini qəbul edib.

News24.az "Sputnik Ermənistan"-a istinadən xəbər verir ki, qanunverici dəyişikliklər hakim fraksiya üzvləri Taqui Kazaryan və Sisak Qabrielyan tərəfindən hazırlanıb.

Ölkənin “Audiovizual media haqqında” qanununa təklif olunan dəyişiklik layihəsi mövcud qanunda nəzərdə tutulmuş ictimai yayımçılar sayını ikiyə endirməyi və eyni zamanda təhsil-mədəniyyət proqramlarının təqdim edilməsi tələbinin ləğvini nəzərdə tutur.

Qanun layihəsinin izahından aydın olub ki, söhbət “Şoqakat” mənəvi-təhsil yönümlü telekompaniyasından imtina və onu ictimai multipleksdən çıxarmaqdan gedir.

Teymur Məmmədov