Ermənistan parlamentində işıqlar söndü - iclas qaranlıqda keçirildi

Ermənistan parlamentində işıqlar söndü - iclas qaranlıqda keçirildi Dünya

Ermənistan parlamentində iclas zamanı işıqlar sönüb.

News24.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, parlament üzvləri bir neçə dəqiqə qaranlıqda iclas keçiriblər.

“Biz Ermənistanda elektrik enerjisinin keyfiyyəti məsələsini davamlı olaraq qaldırırıq. Ölkəmizdə elektrik enerjisi keyfiyyətsizdir. Eləcə də parlament binasında. Səhər qərargah rəisinə dedim ki, ofisdə işıqlar daim yanıb-sönür, işığın kəsilməsi təəccüblü deyil”, - deyə Paşinyan bildirib.