Ermənistandan Türkiyə ilə bağlı sürpriz açıqlama
Dünya
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyə ilə münasibətlər barədə yeni açıqlama verib.
News24.az xəbər verir ki, məlumat Türkiyə KİV-ləri tərəfindən yayımlanıb.
Mirzoyan bildirib ki, hazırda iki ölkə arasında liderlər, xarici işlər nazirləri, xüsusi nümayəndələr və texniki qruplar səviyyəsində məhsuldar dialoq aparılır. Nazir yaxın həftələrdə bu istiqamətdə mühüm irəliləyişlərin əldə olunacağına inandığını vurğulayıb.
O əlavə edib ki, Ermənistanla Türkiyə arasında normallaşma prosesi heç bir ilkin şərt olmadan davam edir:
“Bu dialoq qarşılıqlı anlaşma və inam mühitində aparılır. Türkiyə tərəfi sərhədlərin açılması, birbaşa ticarət və diplomatik münasibətlərin qurulması məsələsində səmimi maraq göstərir", - deyə XİN rəhbəri qeyd edilib.
Mirzoyan həmçinin qeyd edib ki, Ermənistan və Türkiyə arasında mümkün sazişlərin ilkin mətnində fikir ayrılığı yoxdur. Onun sözlərinə görə, sərhədlərin açılması və diplomatik əlaqələrin qurulması istiqamətində hər iki tərəf razılıq nümayiş etdirib.
Nazir qarşıdakı aylarda konkret nəticələrin əldə olunacağına ümid etdiyini bildirib.
Aqil Qarayev