Ermənistan müdafiə xərclərini azaldır
Dünya
Ermənistan hökuməti 2026-cı il üçün dövlət büdcəsi layihəsini təsdiqləyib.
News24.az xəbər verir ki, bu barədə ölkə KİV-ləri məlumat yayıb.
Sənədə əsasən, müdafiə sahəsindəki xərclər təxminən 16 faiz azaldılıb.
Hökumətin saytında yerləşdirilən büdcə layihəsində qeyd olunub ki, 2026-cı ildə Ermənistanın müdafiə təminatı üçün, o cümlədən Silahlı Qüvvələrin strateji yerləşdirilməni təmin etmək məqsədilə döyüş hazırlığının saxlanılması və dövlət sərhədlərinin xarici düşmənlərdən qorunması üçün xərclər 560 milyard 98 milyon dram (təxminən 1,46 milyard dollar) olacaq.
Layihə yaxın həftələrdə parlamentin müzakirəsinə təqdim olunacaq.
Qeyd edək ki, 2025-ci ildə Ermənistan hərbi xərclərini 20 faiz artıraraq 664 milyard dram (1,73 milyard dollar) həcmində müəyyən etmişdi.