Fabrikdə partlayış - YARALANANLAR VAR

Fabrikdə partlayış - YARALANANLAR VAR Dünya
Mebel mexanizmləri və amortizator sistemləri istehsal edən fabrikdə partlayış olub. 

News24.az "CNN Türk"ə istinadən xəbər verir ki, hadisə Türkiyənin Kocaeli bölgəsində yaşanıb. Fabrikdə boya çəninin partlaması nəticəsində 3 işçi yaralanıb. 

Hadisə yerinə yanğınsöndürmə və tibbi briqada cəlb olunub.