Fidandan ABŞ-yə ciddi ittiham
Dünya
“Birləşmiş Ştatların ölkəmizi “F-35” qırıcıları üzrə dövlət proqramından çıxarması təhlükəsizliyə mənfi təsir edib, Türkiyəyə maddi ziyan vurub”.
News24.az-ın məlumatına görə, bunu adı çəkilən ölkənin xarici işlər naziri Hakan Fidan deyib.
Onun sözlərinə əsasən, hazırda rəsmi Ankara üzləşdiyi itkini kompensasiya etməyin yollarını axtarır.
Nazir xatırladıb ki, həm NATO, həm də ABŞ Türkiyənin Rusiyadan “S-400” raket sistemləri aldığını bəhanə kimi istifadə edir.
H.Fidanın qənaətincə, ölkəsi yaxın vaxtlarda hava hücumundan müdafiə sistemlərinin istehsalını yekunlaşdırmağa çalışır.
O bundan sonra ölkəsi ilə münasibətlərin taleyini qərbli tərəfdaşların düşünməli olduğunu deyib.
Fərid Azəri