Fransada bu şəxslərə "WhatsApp" - QADAĞAN EDİLDİ
Dünya
Fransa təhlükəsizlik səbəbindən nazirlər və onların işçiləri üçün "WhatsApp"ı qadağan edir.
News24.az xəbər verir ki, "WhatsApp" ilə birgə "Telegram" və "Signal" da nazirlər üçün qadağan ediləcək.
Fransanın Baş naziri Elizabeth Borne bildirib ki, dekabrın 8-nə qədər Fransanın kibertəhlükəsizliyə nəzarət təşkilatının təsdiqlədiyi Fransız tətbiqi olan "Olvid"dən istifadəyə keçəcək.
Xatırladaq ki, hökumət bundan öncə də kibertəhlükəsizlik və məxfilik problemləri ilə əlaqədar dövlət qulluqçularına "TikTok", "CandyCrush" və "Netflix" daxil olmaqla bütün növ sosial media platformalarını, oyun və video yayım proqramlarını iş cihazlarından silməyi tapşırıb.
Qumral