Fransada şok qərar: Bricit Makron haqqında…

Fransada şok qərar: Bricit Makron haqqında… Dünya

Paris məhkəməsi Fransa birinci xanımı Bricit Makronu onlayn təhqir edən 10 şəxsi günahkar hesab edib.

News24.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Həmin şəxslər Bricit Makron haqqında yalan iddialar yaymaqda ittiham olunublar: onun kişi olduğunu, cinsiyyətini dəyişdirdiyini və ya onunla Prezident Emmanuel Makron arasındakı yaş fərqini pedofiliya ilə əlaqələndirməkdə təqsirləndiriliblər.

Onlardan biri 6 ay müddətinə həbs cəzasına məhkum edilib, digərləri isə şərti cəza – 8 aya qədər – alıblar. Bundan əlavə, onlara cərimələr tətbiq olunub və kiberbullinqin qarşısını almaq üçün kurslarda iştirak etməkləri vacib görülüb.