Fransada telekanal bomba təhlükəsi səbəbilə yayımı dayandırdı

Fransada telekanal bomba təhlükəsi səbəbilə yayımı dayandırdı Dünya

Fransanın BFMTV xəbər kanalının aparıcıları internet istifadəçisi tərəfindən səsləndirilən partlayış hədəsi səbəbindən studiyanı tərk ediblər.

News24.az
xəbər verir ki, bu barədə kanalın "X" hesabında məlumat verilib.

Bina təxliyə olunub. Əraziyə yoxlama aparmaq üçün polis əməkdaşları cəlb edilib. Media qurumuna aid olan bütün kanallarda yayım dayandırılıb.

Bir neçə saat davam edən yoxlamadan sonra ərazidə partlayıcı aşkar edilməyib və işçilər ofisə qayıdıblar.