Fransadan Türkiyə açıqlaması: - “Təhdid edilirik”

Fransadan Türkiyə açıqlaması: - “Təhdid edilirik” Dünya

“Fransanın hərbi sənayesi yeni rəqiblər tərəfindən təhdid edilir”.

News24.az xəbər verir ki, bu barədə “Le Monde” qəzeti yazır.

Qəzet Türkiyəni “yeni rəqib və təhdid” adlandırıb.

Türkiyənin müdafiə sənayesinin uğurlarını yaxından təqib edən fransız mediası Fransanın bu sektorunun təhlükədə olduğunu yazır.

“Türkiyə hərbi sənayedə Fransanın ən güclü rəqiblərindən biridir. Fransanın silah sənayesinin tərəflənməsinə və dünyanın üçüncü ən böyük silah ixracatçısı kimi mövqeyinə baxmayaraq, zəif cəhətləri var. Fransa hərbi sənayesi demək olar bütün hərbi texnikanı özü istehsal edir.

Bu, quru, dəniz və hava qüvvələrinin onları amerikalılardan və avropalılardan almaq məcburiyyətində qalmasının qarşısını alır. Amma bu ambisiya Fransanın orta güc statusundan irəli gələn zəiflikləri ilə bağlıdır”.

Ayşən