"Əgər mən olmasaydım…" – Trampdan yeni iddia

"Əgər mən olmasaydım…" – Trampdan yeni iddia Dünya

ABŞ Prezidenti Donald Tramp bildirib ki, əgər o olmasaydı, Rusiya hazırda Ukraynanın bütün ərazisinə nəzarət edirdi.

News24.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabındakı paylaşımında yazıb.

Həmçinin, Ağ Ev rəhbəri təkbaşına 8 müharibəni dayandırdığını da qeyd edib.

Tramp sonda iddia edib ki, Çin və Rusiyanın qorxduğu və hörmət etdiyi yeganə ölkə ABŞ, yeganə lider isə Donald Trampdır.