Gürcüstana güclü QAR YAĞDI: - Bir neçə yolda hərəkət məhdudlaşdırıldı

Gürcüstana güclü QAR YAĞDI: - Bir neçə yolda hərəkət məhdudlaşdırıldı Dünya

Gürcüstanın bölgələrinə yağan güclü qar bir neçə istiqamətdə hərəkəti məhdudlaşdırıb.

News24.az xəbər verir ki, bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Yollar Departamenti məlumat yayıb.

Bildirilir ki, güclü qar səbəbindən Borjomi-Bakuriani-Axalkalaki avtomobil yolunun daxili əhəmiyyətli, 31-63 -km (Andeziti-Ğadolari) hissəsində, həmçinin Jinvali-Barisaxo-Şatili avtomobil yolunun 67-106-km (Kaxmati-Şatili kəndi) hissəsində bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Ölkə miqyasında qeyri-sabit hava şəraitinin 22 noyabr, günün sonunadək davam edəcəyi gözlənilir.

Aynurə