Gürcüstanın yeni lideri sərt danışdı - – “Sübutumuz var...”

Gürcüstanın yeni lideri sərt danışdı - – “Sübutumuz var...” Dünya

Ukrayna vətəndaşlarının Gürcüstan ərazisindən Rusiyaya partlayıcı material daşımağa cəhd etməsi rəsmi Kiyevin Gürcüstanda ikinci cəbhə açmaq istədiyini sübut edir.

News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, bunu Gürcüstan baş nazirliyinə namizəd İrakli Kobaxidze deyib.

Siyasətçi Ukraynanın bu yolla Gürcüstanın dövlət maraqlarını təhlükə altına atdığını vurğulayıb:

“Kənardan kiminsə Gürcüstanı Rusiya təcavüzünün hədəfinə çevirməyə çalışması çox ciddi və dərin narahatlıq doğuran problemdir, bu bir daha sübut edir ki, Ukrayna hakimiyyətinin yüksək rütbəli məmurları ölkəmizdə ikinci cəbhə açmaq istəyirlər, dövlət təhlükəsizlik xidmətimizin aşkar etdiyi faktlar bunun daha bir təsdiqidir”.